Millimizdən biabırçı məğlubiyyət

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, 9-cu qrupda yer alan Aqil Nəbiyevin komandası səfərdə Fransanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Kapbreton şəhərindəki “Bourret” stadionunda keçirilən görüş Fransa komandasının 8:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Azərbaycanın əsas milli komandası da növbəti matçını səfərdə Fransaya qarşı keçirəcək. Oyun DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da keçiriləcək.

8 oktyabr

17:00. Fransa (U-17) – Azərbaycan (U-17) – 8:0

Qollar: Loran Mellifield, 28, Joşua Daqo, 30, Arone Gadou, 38, Aly Traore, 45+6-pen, 64, Aymen Amaaouch, 57, 85, Abbas Zeynalov, 84-avtoqol

Qırmızı vərəqə: Səttar Tahirzadə, 66 (Azərbaycan)

Baş hakim: Marius Hansen Qrotta (Norveç)

“Bourret” stadionu, Kapbreton

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More