Ötən gün İstanbulda narkotik istifadəsini təşviq etmək ittihamı ilə başladılan əməliyyat çərçivəsində polis tərəfindən nəzarətə götürülən məşhurlar sərbəst buraxılıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, ifadə vermək üçün ərazi üzrə jandarm komandanlığına aparılan məşhurlar sorğu-sual edilib və qan nümunələri götürülüb.
Testlərdən sonra 19 tanınmış simanın hamısı sərbəst buraxılıb.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.