“Sabah Düşənbədə görüşəcəklər” – Peskov

“Rusiya Prezidenti Vladimir Putin Tacikistanın paytaxtı Düşənbəyə səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək”.

“Qafqazinfo” “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycan prezidentlərinin görüşü oktyabrın 9-da baş tutacaq.

Xatırladaq ki, sonuncu dəfə İlham Əliyev-Vladimir Putin görüşü 2024-cü ilin oktyabr ayında, MDB iştirakçı dövlətlərinin sammiti çərçivəsində baş tutmuşdu. Lakin dövlət başçıları bir neçə dəfə qeyri-rəsmi təmaslarda olublar.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More