Tanınmış vəkillərin fəaliyyəti dayandırıldı – Yenilənib

Tanınmış vəkil Zabil Qəhrəmanovun vəkillik fəaliyyəti müvəqqəti dayandırılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti ötən gün bu barədə qərar qəbul edib. 

Z.Qəhrəmanovun vəkillik fəaliyyəti 6 aylıq dayandırılıb. 

Qeyd edək ki, Gəncədə yaşayan vəkil daha çox Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun müdafiəçisi kimi tanınıb. O, həmçinin qətl ittihamı ilə 11 il həbsə məhkum edilən şəxsin 4 il sonra bəraət alması ilə bağlı da gündəmə gəlib.

***

Fəaliyyəti dayandırılan digər vəkil isə Ramil Rüstəmovdur.

Sail Ağasəlim

Fotoda: Zabil Qəhrəmanov

Fotoda: Ramil Rüstəmov

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More