Xaçmazda qadın dəm qazından boğuldu

Xaçmazda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, ötən gün saat 23 radələrində Qafarlı Mehriban Sərdər qızı yaşadığı Xaçmaz rayonu, Qıraqlı kəndində yerləşən evinin hamam otağında dəm qazından zəhərlənib.

O, hadisə yerində vəfat edib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More