22 yaşlı piyadanı vuran sürücü – Hadisə yerindən qaçdı

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Qızılağac kəndində qeydə alınıb.

22 yaşlı kənd sakini Şamil Kərimov yolu keçərkən onu avtomobil vurub.

Qəza nəticəsində piyada həlak olub, sürücü isə hadisə yerindən yayınıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More