Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
“Qafqazinfo”xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,89 ABŞ dolları və ya 4,17% azalaraq 66,36 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən gün neftimiz 69,25 ABŞ ticarət edilib.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb. Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.