“Mbappeyə dedim ki, “zamen” istə, sən də rahat ol, biz də…” – Video

Yığmamızın futbolçusu Elvin Bədəlov ötən gün DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə oyunda Mbappe ilə dialoqundan danışıb. 

Bu barədə o “Qafqazinfo”ya açıqlama verib. 

Futbolçu ondan zədəsini soruşduğunu bildirib: “Əslində zədə ilə bağlı ondan əvvəl də söhbətləşirdik. Elə oldu ki, ayağı ağrıdı. Ona dedim ki, ağrıyırsansa, əvəzetmə istə, sən də rahat ol, biz də. Cavab verdi ki, “ağrım var, bir azdan əvəzetmə istəyəcəyəm”. Başqa söhbət olmayıb”.

Xatırladaq ki, futbolçuların dialoquna dair görüntülər ötən gündən bəri müzakirə mövzusuna çevrilib.

Elsevər Məmmədov

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More