Qadınların texnologiya sahəsində rolu hər il artır.
“Report” xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov Bakıda keçirilən “Women in Cyber” – “Qadınların səsi, kibertəhlükəsizlikdə dayanıqlığın güclənməsi” mövzusunda beynəlxalq konfransda bildirib.
“Bu, hamımızın fəxr etməli olduğumuz bir haldır. Kibertəhlükəsizlik sahəsi səbir, diqqət və detallara həssas yanaşma tələb edir. Bu isə qadınların təbii şəkildə malik olduğu güclü tərəflərdir. Öz təcrübəmdən görmüşəm ki, bir çox istedadlı qadınlar kibertəhlükəsizlikdə uğur qazanıblar. Onlar təkcə peşəkar deyillər, həm də yenilikçi, problemləri həll edən və gələcək nəsil üçün nümunə olan insanlardır. Bu gün üçün mənim mesajım sadədir: özünüzə inanın. Əgər siz kibertəhlükəsizlik sahəsində çalışırsınızsa və ya bu sahədə işləməyi arzulayırsınızsa-irəli gedin, qorxmayın. Sizin töhfəniz, fikirləriniz və baxış bucağınız çox önəmlidir”, – deyə o qeyd edib.
T. Məmmədovun sözlərinə görə, bu, sadəcə bir tədbir deyil: “Bu, qadınların kibertəhlükəsizlik sahəsində, liderlikdə və bölgəmizin rəqəmsal gələcəyinin formalaşmasında yerinin olduğunu göstərən bir mesajdır”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.