ANAMA əməkdaşları olan qardaşlar nişandan qayıdarkən qəzaya düşdü – Biri öldü – Yenilənib

Beyləqanda qəza zamanı ikisi qardaş olmaqla 3 nəfər xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Birinci Şahsevən kəndi ərazində olub.

Qəza zamanı 1999-cu il təvəllüdlü Ülvi Bariz oğlu Həşimov, 1996-cı il təvəllüdlü Elvin Bariz oğlu Həşimov və 1999-cu il təvəllüdlü Məhərrəm Elman oğlu Səfərov ağır xəsarətlər alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin məlumata görə, qəza nişan mərasimindən qayıdarkən baş verib.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 05:00 radələrində Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Pasiyentlərin müalicəsi Beyləqan RMX-nin Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Beyləqanda baş verən qəza zamanı ağır xəsarət alanlar ANAMA əməkdaşları olub və xəsarət alan qardaşlardan biri ölüb.

Belə ki, 1996-cı il təvəllüdlü Elvin Bariz oğlu Həşimov həkimlərin göstərdikləri reanimasyon tədbirlərə baxmayaraq xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More