Bakıda gömrükçü öz mağazasında öldürüldü – Foto

Oktyabrın 11-i günorta saatlarında Bakı şəhər Suraxanı rayonu ərazisində qətl törədilib.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı 1982-ci il təvəllüdlü Ayxan Mustafayev bıçaqlanaraq qətlə yetirilib.

Bildirilib ki, hadisə Əmircan qəsəbəsi ərazisində A.Mustafayevə məxsus mağazada baş verib. Xəstəxanaya çatdırılan 43 yaşlı kişi orada vəfat edib.

Ona bıçaqla xəsarətlər yetirərək öldürməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü R.Xəlilov polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı “Bakupost” yayıb.

Aslan Vəliyev

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More