Qubada 30 yaşlı kişi itkin düşüb.
“Qafqazinfo” xəbər verir ki, rayonun Mirzəməmməd kənd sakini İsmayılov Seymur Bəhruz oğlu oktyabrın 7-də yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Bildirilir ki, o, həmin gün bibisi oğlu ilə görüşüb və birgə yeyib-içiblər. Daha sonra S.İsmayılovun məclisi sərxoş halda tərk etdiyi və ondan xəbər alınmadığı bildirilir.
Məsələ ilə bağlı müvafiq tədbirlər görülür.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.