Kürdəmirdə qadın bıçaqlandı – Əri saxlanıldı

Kürdəmirdə qadın bıçaqlanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Sor- Sor kəndində qeydə alınıb.

Kənd sakini Sara Hüseynova gecə saat 04 radələrində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Ona xəsarətlər yetirməkdə şübhəli bilinən həyat yoldaşı Nizami Hüseynov polis tərəfindən saxlanılıb.

Bildirilib ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More