Final mərhələsinə vəsiqə qazanan ilk ölkə bəlli oldu – DÇ-2026

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə millisi E qrupundakı dördüncü matçında Gürcüstan yığmasını qəbul edib.

Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb – 4:1. Bu qrupun digər görüşündə isə İspaniya seçməsi doğma meydanda Bolqarıstanı 4 cavabsız qolla üstələyib.

F qrupunda Portuqaliya millisi evdə Macarıstanla bacarmayıb – 2:2. I qrupunda Estoniya Moldova ilə heç-heçə edib, İtaliya İsrailə qalib gəlib.

K qrupunda isə İngiltərə millisi Latviyanın qapısından 5 cavabsız top keçirib, Serbiya kollektivi səfərdə Andorranı məğlub edib.

Bu nəticələrdən sonra xallarını 18-ə çatdıran İngiltərə millisi Avropa qitəsindən mundialın final mərhələsinə vəsiqə qazanan ilk komanda olub.

DÇ-2026

Seçmə mərhələ

14 oktyabr

E qrupu

22:45. İspaniya – Bolqarıstan – 4:0

22:45. Türkiyə – Gürcüstan – 4:1

Xal durumu: İspaniya – 12, Türkiyə – 9, Gürcüstan – 3, Bolqarıstan – 0.

F qrupu

22:45. Portuqaliya – Macarıstan – 2:2

22:45. İrlandiya – Ermənistan – 1:0

Xal durumu: Portuqaliya – 10, Macarıstan – 5, İrlandiya – 4, Ermənistan – 3.

I qrupu

20:00. Estoniya – Moldova – 1:1

22:45. İtaliya – İsrail – 3:0

Xal durumu: Norveç – 18, İtaliya – 15, İsrail – 9, Estoniya – 4, Moldova – 4.

K qrupu

22:45. Latviya – İngiltərə – 0:5

22:45. Andorra – Serbiya – 1:3

Xal durumu: İngiltərə – 18, Albaniya – 11, Serbiya – 10, Latviya – 5, Andorra – 1.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More