Kreml Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraanın bu gün Rusiyaya planlaşdırılan səfəri barədə məlumat yayıb.
“Qafqazinfo” xəbər verir ki, məlumatda Əhməd əl-Şaraanın səfər zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi bildirilib.
Tərəflərin Rusiya və Suriya arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafını müzakirə edəcəyi gözlənilir.
Eyni zamanda, prezidentlər Yaxın Şərqdəki hadisələr ətrafında da fikir mübadiləsi aparacaqlar.
“Reuters” agentliyinin məlumatına görə, əl-Şaraa Putinlə danışıqlarda ölkənin keçmiş prezidenti Bəşər Əsədin təhvil verilməsini istəyəcək.
Xatırladaq ki, Suriya liderinin Moskvaya səfər edəcəyi barədə məlumatı öz mənbələrinə istinadən “Al Hadath” telekanalı yaymışdı.
***
SANA agentliyinin məlumatına görə, Əhməd əl-Şaraa Moskvada rəsmi səfərdədir.
***
Moskvada Vladimir Putinlə Əhməd əl-Şaraa arasında danışıqlar keçirilib. Bu tərəflər arasında baş tutan ilk görüş olub.
Görüş zamanı V.Putin bildirib ki, Suriya və Rusiya arasında münasibətlər hər zaman müstəsna olaraq dostluq xarakteri daşıyıb.
Əhməd əl-Şaraa isə yeni Suriyanın inkişafında Rusiyanın ciddi rolunun olacağını vurğulayıb.
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.