Qızılın qiyməti tarixi rekordu yenilədi

Nyu York Ticarət Birjasının “Comex” bölməsində 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti tarixdə ilk dəfə 4 200 dollar həddini keçib.

“Qafqazinfo”nun ticarət platformalarına istinadən məlumatına görə, Bakı vaxtı ilə saat 05:12-də bir troya unsiyası üçün qızılın qiyməti 4 202,4 dollar olub ki, bu da 0,64%-lik artım deməkdir.

Beş dəqiqə sonra isə qiymət bir qədər geriləyərək 4 199,8 dollara düşüb (+0,58%).

Bu göstərici qızılın qiymətində yeni tarixi maksimum sayılır.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More