13 gün əvvəl Kürdə batmışdı – Meyiti tapıldı

Kür çayının Sabirabad rayonunun Cavad kəndindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, batan şəxsin Sabirabad rayonunun Türkədi kənd sakini, 1988-ci il təvəllüdlü Laiq Telman oğlu Məmmədova məxsus olduğu müəyyənləşib.

Onun meyiti bu gün aşkar edilərək sudan çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More