Azərbaycan neftinin ixrac qiyməti dəyişəcək?

2026-2029-cu illərdə neftin ixrac qiyməti ilə bağlı proqnozları açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu, Maliyyə Nazirliyinin tərtib etdiyi “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə əksini tapıb.

“Baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2026-cı il üçün 65 ABŞ dolları və 2027-2029-cu illər üçün də eyni qalacağı fərz edilib.

Bununla yanaşı, 2029-cu ildən etibarən Abşeron yatağının tam gücü ilə istismarı hesabına hasilatın artması və bunun da sektorun ümumi inkişafına müsbət töhfə verməsi gözlənilir”, – sənəddə deyilir.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More