Bu ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 890 manat təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 609 manat, özəl sektorda isə 2 084 manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 12 %, o cümlədən dövlət sektorunda 8,5 %, özəl sektorda isə 13,5 % artıb.
Sentyabrın 1-nə sektorda muzdla çalışan işçilərin sayı 34,2 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 1,2 % çoxdur.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.