Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2 milyard 740,7 milyon manat təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 % çoxdur.
Bu sahədə əldə edilmiş gəlirin 83,4 %-i qeyri-dövlət sektorunun payına düşüb, 72,6 %-i isə əhali sektoruna aid olub.
Təkcə sentyabrda isə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 339 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,6 % çoxdur.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2023-cü illə müqayisədə 11,4 % artaraq 3 milyard 601,7 milyon manat olub.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.