Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 932,3 milyon manat gəlir əldə edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur.
Təkcə sentyabrda isə adıçəkilən xidmətlərdən 106,4 milyon manat gəlir əldə olunub ki, bu da 1 il əvvələ nisbətən 1,5 % azdır.
2024-cü ildə Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 235 milyon manat gəlir əldə edilib. Bu, 2023-cü illə müqayisədə 6,7 % çoxdur.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.