Azərbaycanın informasiya və rabitə sektoruna investisiya qoyuluşu 33 %-ə yaxın azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın informasiya və rabitə sektoruna 235,8 milyon manat investisiya qoyulub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,8 % azdır.

Təkcə sentyabrda sektora investisiya qoyuluşu 24,8 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,9 % çoxdur.

Hesabat dövründə ölkə iqtisadiyyatına investisiya qoyuluşunun 1,8 %-i informasiya və rabitə sektorunun payına düşüb.

Xatırladaq ki, 2024-cü ildə sektora investisiya qoyuluşu 630,4 milyon manat olub. Bu, 2023-cü illə müqayisədə 59,5 % çoxdur.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More