Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndinin ərazisində qeydə alınıb.
Belə ki, hadisə zamanı minik və yük avtomobilləri toqquşub.
Qəzada xəsarət alan 3 nəfər rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Mənbə: Qafqazinfo.Az
Comments are closed.