Mərkəzi Hərbi Sanatoriyanın rəisi İlham Haqverdiyev Hərbi Prokurorluq tərəfindən saxlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mayor Haqverdiyev korrupsiyada ittiham olunur.
Onun barəsində Hərbi Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.
***
Əldə etdiyimiz məlumata görə, Bakı Hərbi Məhkəməsinin qərarı ilə İ.Haqverdiyev barəsində 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Sail Ağasəlim
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.