Yutubun işində fasilə yaranıb

Dünyanın bir sıra ölkələrində yutub video hostinqinin işində böyük fasilə yaranıb.

“Report”un xəbərinə görə, bunu “Downdetector” portalının məlumatları göstərir.

Məlumata görə, 340 000-dən çox insan yutub, “YouTube Music” və “YouTube TV”yə daxil olmaq problemlərindən şikayətlənib.

İstifadəçilərin 55 %-i videoların görünməsi, 33 %-i proqramların işində fasilə, 12 %-i isə saytın xidməti ilə bağlı problemlərlə üzləşib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More