Qızılın qiymətində yeni rekord

Qızılın qiyməti rekord qırıb – bir unsiya 4350 dolları keçib.

“Qafqazinfo” xəbər verir ki, “Comex” birjasında 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti troy unsiyası üçün 4350 dollar həddini keçərək, bütün zamanların ən yüksək səviyyəsinə çatıb.

Bakı vaxtı ilə saat 02:00-a olan məlumata əsasən, qiymətli metalın bir unsiyasının qiyməti 4354 dollar təşkil edib ki, bu da 2,5% artım deməkdir.

Lakin Bakı vaxtı ilə saat 02:05-də qızılın qiyməti bir qədər geriləyərək 4352,2 dollara düşüb (2,46% artım).

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More