Bakıda dörd tunel, üç piyada keçidi inşa olunacaq.
“Qafqazinfo” xəbər verir ki, tunellər Akademik Həsən Əliyev küçəsi ilə “Koroğlu” metrostansiyası avtomobil yolunun üzərində yerləşəcək.
Hazırda “Şəki dairəsi”ndə tunelin tikinti işləri aparılır. Tunelin uzunluğu 506 metr, eni isə 17 metrdir.
Bundan başqa, Bakıda yeni yol da inşa olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun tınzimlənməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər olan hissəsinin tikintisi sürətlə davam etdirilir:
“Yeni avtomobil yolu Ziya Bünyadov və Heydır Əliyev prospektlərinə paralel olaraq layihələndirilib və hazırda inşası sürətlə davam etdirilir”.
Daha ətraflı AZTV-nin videomaterialında:
Mənbə: Qafqazinfo.Az
Comments are closed, but trackbacks and pingbacks are open.