Azərbaycanda 2 nəfər qəbiristanlıqda öldü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə olub.

“Qafqazinfo” xəbər verir ki, oktyabrın 19-u saat 16 radələrində Saray qəsəbəsinin ərazisində yerləşən qəbiristanlıqda orada fəhlə işləyən Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Ramin Əliş oğlu Mehdiyev elektrik cərəyanı vurmasından ölüb.

Onun ehtiyatsızlıqdan naqilə toxunduğu və bu zaman bədbəxt hadisənin baş verdiyi bildirilir.

Göygöl rayonunda isə qəbiristanlıqda təzyiqi qalxan şəxs ölüb. Belə ki, Balçılı kəndinin ərazisində yerləşən qəbiristanlıqda kənd sakini 1957-ci il təvəllüdlü Nürəddin Cəfərqulu oğlu Xəlilov qəfil ölüb.

Ziyarətə getmiş şəxsin yüksək təzyiqdən öldüyü bildirilib.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Aslan Vəliyev

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More