Nazir müavini vəzifəsindən azad edildi

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad olunub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Xəyalə Dadaşova vəzifəsindən azad edilib.

Qeyd edək ki, X.Dadaşova bu vəzifəyə 2023-cü il fevralın 28-də təyinat almışdı. O eyni zamanda nazir səlahiyyətlərini də icra edirdi.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More