“Zelenski parlamentimə gəlsə, ayaqlarını sındıraram”

Avropa Parlamentinin Rumıniyadan olan deputatı Diana Şoşoake Ukrayna Prezidenti Volodimir Zelenskinin ünvanına təhdidlər səsləndirib.

“Qafqazinfo” “Ukrainskaya pravda” portalına istinadən xəbər verir ki, Şoşoake bu barədə Rusiyaya səfəri çərçivəsində danışıb. 

Onun sözlərinə görə, 2023-cü ildə Ukrayna liderinin Rumıniya parlamentində çıxışına əngəl olub:

“O, mənim parlamentimə gəlməyə cəsarət etsə, ayaqlarını sındararam! Zelenski mənim parlamentimdə çıxış etməməlidir. Nəyə görə “mənim parlamentim” deyirəm? Çünki Rumıniya konstitusiyasında deyilir ki, biz parlament üzvləri Rumıniya xalqının nümayəndələriyik və onun suverenliyini təmsil edə biləcək yeganə şəxslərik”.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More