“HONOR” Azərbaycanda bazar payını və tanınma səviyyəsini artırır

Beynəlxalq texnologiya brendi “HONOR” Azərbaycan bazarında mövqelərini gücləndirməyə davam edir.

Son bir il ərzində şirkət Android smartfonlar seqmentində bazar payını və brendin tanınma səviyyəsini əhəmiyyətli dərəcədə artırıb, həmçinin istifadəçilər arasında daha yüksək etimad qazanıb.

“HONOR”un əldə etdiyi uğur ilk növbədə innovasiyalara əsaslanan strategiya və keyfiyyətli məhsul portfeli ilə bağlıdır. Şirkətin təqdim etdiyi müasir modellər — həm flaqman, həm də orta seqmentdəki cihazlar — istifadəçilərin gündəlik ehtiyaclarına cavab verən ağıllı və funksional həllər təklif edir. Süni intellektlə təchiz edilmiş kamera sistemləri, yüksək enerji səmərəliliyi və zərbəyə davamlı dizayn “HONOR” smartfonlarını bazarda fərqləndirən əsas xüsusiyyətlərdəndir.

“HONOR 400” seriyası: satış lideri və istifadəçi marağının mərkəzində

2025-ci ilin iyul ayında təqdim edilən “HONOR 400” seriyası qısa müddət ərzində həm Google Trends axtarışlarında, həm də satış kanallarında ən çox maraq doğuran və satılan modellərdən birinə çevrilib. Seriyanın populyarlığı onun zərif dizaynı, süni intellekt əsaslı kamera imkanları və yüksək performansı ilə izah olunur.

Bakıdakı ilk rəsmi “HONOR” brend mağazası

Eyni zamanda, “HONOR” iyul ayında Bakıda ilk rəsmi brend mağazasını açıb, bu da şirkətin yerli bazarda mövqeyini daha da möhkəmləndirib. Yeni mağaza müştərilərə “HONOR”un bütün ekosistemini — smartfonlar, geyilə bilən cihazlar və aksesuarları — bir məkanda təqdim edir. Şirkət yaxın gələcəkdə brend mağazalarının sayını artıraraq əhatə dairəsini genişləndirməyi planlaşdırır. 
Azərbaycan bazarı HONOR brendi üçün strateji əhəmiyyət daşıyır. Məhsullarımıza artan marağı və istifadəçilərin etimadını görmək bizi çox sevindirir. Məqsədimiz texnologiyanı, stili və rahatlığı birləşdirən innovativ həllər təqdim etməyə davam etməkdir», — deyə “HONOR” Azərbaycan üzrə regional direktoru Jing Xi bildirib.

İnnovasiyalar və davamlı inkişaf istiqamətində

“HONOR”un Azərbaycandakı inkişafı həm satış göstəricilərində, həm də onlayn və oflayn kanallarda artan görünürlüyü ilə təsdiqlənir. Şirkət yerli auditoriya ilə əlaqəni gücləndirir, innovativ marketinq yanaşmaları tətbiq edir və müştəri xidmətlərini daim təkmilləşdirir.
Gələcəkdə “HONOR” bazardakı lider mövqeyini daha da möhkəmləndirməyi, məhsulların əlçatanlığını genişləndirməyi və yeni, texnoloji cəhətdən inkişaf etmiş modellər təqdim etməyi hədəfləyir.

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More