“Namaz qılanda güdüb, vurub” – Video

Ötən gün Xaçmazda baş verən qətlin təfərrüatları məlum olub.

“Qafqazinfo” xəbər verir ki, 44 yaşlı Emin Nəcimulla oğlu Cəlilov öz evində güllələnərək qətlə yetirilib.

Onun qohumu 37 yaşlı yaşlı Rafiq Həbibov tərəfindən öldürüldüyü bildirilir.

“Kişi gəlib namaz qılmağa, damda güdüb, vurub. Qəfil arxadan vurub. Kişini arxadan vurmazlar.  3-4 gün bundan əvvəl cibinə pul qoyub ki, kasıb adamsan, yetimsən. Dəmiryığan idi”, – mərhumun qohumu bildirib.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polisə könüllü təslim olub.

Ətraflı “Baku TV”nin videomaterialında:

Mənbə: Qafqazinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More