Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

“Azərbaycanfilm” studiyasına direktor təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli Əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Qurban Pirimov təyinat alıb.

Q.Pirimov daha əvvəl Azərbaycan Kino Agentliyinin direktor müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, o, Azərbaycanın ilk Xalq artisti, tarzən Qurban Pirimovun nəvəsidir.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More