Türkiyədə güclü zəlzələ oldu – Fotolar

Türkiyənin Balıkesir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Sındırqı vilayətində qeydə alınıb.

Zəlzələ ocağı 5.99 kilometr dərinlikdə yerləşib, yerli vaxtla saat 22:48-də baş verib.

Təkanlar Bursa, İzmir, Manisa və İstanbulda təşvişə səbəb olub. AFAD qrupları əraziyə cəlb edilib.

Bir çox şəhərlərdə sakinlər evlərini tərk edərək həyətlərə və parklara üz tutublar.

Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.


Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More