Türkiyədə bina uçdu, bir ailədən 4 nəfər öldü – Video – Yenilənib

Türkiyənin Kocaeli vilayətində yeddimərtəbəli yaşayış binası uçub.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə vilayətin Gebze bölgəsində qeydə alınıb.

İlkin məlumata görə, binada 5 nəfərlik ailə yaşayır. Onların hadisə zamanı binada olub-olmaması məlum deyil.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

***

Kocaeli valisi İlhami Aktaş Binada yaşayan ailənin ana, ata və 3 övladdan ibarət olduğunu və onların dağıntılar altında qaldıqlarını açıqlayıb.

***
Uçan binanın dağıntılarının altından bir nəfərin cəsədi çıxarılıb.

Cəsədin ailənin övladlarından biri olan Emir Bilirə aid olduğu ehtimal edilir.

***
Dağıntılar altından 12 yaşlı Məhəmməd Emir Bilir və 14 yaşlı Hayrunnisa Bilirin cəsədləri tapılıb. 18 yaşlı Dilara Bilir isə xilas edilərək xəstəxanaya yerləşdirilib.

Anaları Emine Bilir və ataları Levent Bilirin axtarışı isə hələ də davam edir.

***

Dağıntılar altından 19-cu saatda ana Emine Bilirin cansız bədəni çıxarılıb. Ata Levent Biliri axtarma-xilasetmə işləri davam edir.

***

Axtarış-xilasetmə işləri nəticəsində ata Levent Bilirin də meyiti dağıntılar altından çıxarılıb. Bununla axtarışlar başa çatıb.

 




Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More