12-ci mərtəbədən yıxılan oğlan oraya hazırlığa gəlirmiş – Video – Yenilənib

Abşeron rayonunda yeniyetmə çoxmərtəbəli binadan yıxılaraq həyatını itirib.

“Qafqazinfo” Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən 17 mərtəbəli binada baş verib.

İlkin məlumata görə, 12-13 yaşlarında olan şəxs təxminən saat 13 radələrində binadakı mənzillərdən birinin balkonundan yıxılıb.

Nəticədə o hadisə yerindəcə vəfat edib.

***

Hadisənin “Kristal Abşeron” yaşayış kompleksində baş verdiyi müəyyən edilib.

Belə ki, 2010-cu il təvəllüdlü Quliyev İlqar Teymur oğlu ehtiyatsızlıq səbəbindən hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən yerindəcə vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

***

APA-nın məlumatına görə, oğlan sözügedən binada yaşamayıb. O, Qobudan o binaya hazırlığa gəlirmiş.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More