“Samsung” Azərbaycanın planşet bazarındakı payının 12 %-ni itirib

Bu ilin oktyabr ayında Azərbaycanın planşet bazarında “Samsung”un payı 39,77 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, sentyabr ayına nisbətən 1,82 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə isə 5,26 faiz bəndi azdır.

Beləliklə şirkətin bazar payı illik ifadədə 12 % azalıb.

İkinci pillədə qərarlaşan “Apple”ın bazar payı aylıq 0,93 faiz bəndi azalaraq, illik isə 4,2 faiz bəndi artaraq 29,56 % təşkil edib.

Üçüncü pillədəki “Xiaomi”nin bazar payı aylıq 2,72 faiz bəndi, illik isə 1,88 faiz bəndi artaraq 14,35 % təşkil edib.

Növbəti pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq 0,68 faiz bəndi azalaraq, illik isə 0,95 faiz bəndi artaraq 6,29 % olub.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More