Azərbaycanda “Safari”nin bazar payı üç ayda 22 % azalıb

Bu ilin oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüterlər, mobil cihazlar, planşetlər) “Chrome” brauzerinin bazar payı 81,29 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, sentyabr ayına nisbətən 1,66 faiz bəndi, 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 3,16 faiz bəndi çoxdur.

İkinci pillədəki “Safari”nin bazar payı aylıq 0,75 faiz bəndi, illik isə 1,86 faiz bəndi azalaraq 7,91 % olub. Beləliklə onun bazar payı ardıcıl olaraq üçüncü aydır azalır (ümumi azalma 22 % təşkil edib).

Növbəti yerdə qərarlaşan “Opera”nın bazar payı ay ərzində 0,12 faiz bəndi, illik müqayisədə isə 0,65 faiz bəndi azalaraq 2,7 % təşkil edib.

Dördüncü yerdəki “Samsung Internet”in bazar payı aylıq 0,68 faiz bəndi, illik isə 1,37 faiz bəndi azalaraq 2,42 % təşkil edib.

İlk beşliyi qapadan “Edge”nin bazar payı aylıq 0,21 faiz bəndi azalaraq, illik isə 0,09 faiz bəndi artaraq 1,98 % olub.

Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

“Chrome” – 86,63 % (aylıq 1,87 faiz bəndi və illik 6,84 faiz bəndi çox);

“Edge” – 3,78 % (aylıq 1,21 faiz bəndi və illik 2,9 faiz bəndi az);

“Opera” – 3,01 % (aylıq 0,69 faiz bəndi və illik 2,51 faiz bəndi az).

“Safari” – 1,98 % (aylıq 0,19 faiz bəndi və illik 1,75 faiz bəndi az);

“Yandex Browser” – 1,34 % (aylıq 0,50 faiz bəndi və illik 0,61 faiz bəndi az);

Mobil cihazlarda:

“Chrome” – 75,64 % (aylıq 0,26 faiz bəndi və illik 1,93 faiz bəndi az);

“Safari” – 14,2 % (aylıq 0,69 faiz bəndi və illik 2,2 faiz bəndi çox);

“Samsung Internet” – 5,05 % (aylıq 0,42 faiz bəndi və illik 0,25 faiz bəndi çox);

“Opera” – 2,38 % (aylıq 0,21 faiz bəndi çox və illik 0,17 faiz bəndi az);

“Yandex Browser” – 1,41 % (aylıq 0,18 faiz bəndi və illik 0,52 faiz bəndi çox);

Planşetlərdə:

“Chrome” – 71,1 % (aylıq 5,6 faiz bəndi çox və illik 2,63 faiz bəndi az);

“Safari” – 18,59 % (aylıq 5,13 faiz bəndi az və illik 1,04 faiz bəndi çox);

“Android” – 7,37 % (aylıq 2,14 faiz bəndi az və illik 0,67 faiz bəndi çox);

“Yandex Browser” – 1,35 % (aylıq 7,7 faiz bəndi az və 0,49 faiz bəndi çox);

“Opera” – 1,25 % (aylıq 0,1 faiz bəndi az və illik 0,45 faiz bəndi çox);

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More