“Bitcoin”in qiyməti aylar sonra 100 min dollardan aşağı düşdü

ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsini endirmək qərarından sonra “Bitcoin”in qiyməti 23 iyundan bəri ilk dəfə 100 min dollardan aşağı düşüb.

“Qafqazinfo” xəbər verir ki, “Coinmarketcap” analitik şirkətinin məlumatlarına görə, “Bitcoin” də daxil olmaqla, qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 6,5 faiz azalaraq 3,31 trilyon dollara düşüb.

Bazar kapitallaşması baxımından dünyanın ən böyük kriptovalyutası olan “Bitcoin”in qiyməti də son 24 saat ərzində 5,8 faizdən çox azalıb. Bakı vaxtı ilə saat 00:18-ə olan məlumata əsasən, bitkoin 6,57 faiz ucuzlaşaraq 99,671 min dollar olub.

“Bitcoin” həftəlik 10,6% itki ilə üzləşib.

Bazar kapitallaşması baxımından ikinci ən böyük kriptovalyuta olan “Ethereum”n qiyməti də təxminən 10,6% azalaraq 3210 dollara enib.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More