Sabah Bakıda hərbi yürüşlər keçiriləcək – Bu istiqamətlərdə

8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə sabah Bakıda hərbi orkestrlərin iştirakı ilə yürüşlər keçiriləcək.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yürüşlər paytaxtın mərkəzi küçə və prospektlərində 3 istiqamət üzrə saat 10-12:00 aralığında təşkil olunacaq. 

1-ci yürüş Şəhidlər xiyabanı – “Alov Qüllələri” Kompleksindən metronun “İçərişəhər” stansiyası – Qala qapısı – Azərbaycan Dövlət Kukla teatrı – Azneft dairəsi – Bəhram Gur heykəlinin qarşısına qədər davam edəcək.

2-ci yürüş Q.Musabəyov parkından Əbdürrəhim Bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər xiyabanına qədər davam edəcək. 

3-cü yürüş “Olimpik Star” İdman və Əyləncə Mərkəzindən Səməd Vurğun küçəsi – Zabitlər parkı, Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İ.Nəsimi heykəli – Neftçilər prospektinədək davam edəcək. 

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More