Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhər Təhsil Sektorunun müdiri Sevinc Həsənova ilə bağlı intizam tənbehi tətbiq edilib.
“Qafqazinfo” xəbər verir ki, regional idarə tərəfindən Sevinc Həsənovaya Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən “şiddətli töhmət” elan edilib.
Bildirilib ki, aparılan araşdırmalar nəticəsində onun işində bir sıra idarəetmə və nizam-intizam qaydalarının pozulduğu müəyyənləşib.
***
Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, S.Həsənovaya “şiddətli töhmət” deyil, “töhmət” verilib.
Aslan Vəliyev
Mənbə: Qafqazinfo.Az

Comments are closed.