“Qarabağ” Azərbaycan derbisində qələbə qazandı – Video+Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında “Zəfər turu”na yekun vurulacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu tur Vətən Müharibəsindəki qələbəmizin 5-ci ildönümünə görə “Zəfər turu” adlandırılıb.

Bütün oyunlar rəmzi olaraq hər saatın 44-cü dəqiqəsində başlanılıb.

Bu günə 11-ci turun son iki matçı nəzərdə tutulub. 

Əvvəlcə “Kəpəz” “Sabah”la üz-üzə gələcək.

“Sabah” bu matçda qələbə qazansa, turnir cədvəlində ikinci pilləyə yüksələ bilər. 

Turun son matçında isə Azərbaycan derbisi baş tutacaq. Çempion “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Ağdam klubu əzəli rəqibini məğlub etsə, yenidən liderliyə yüksələcək. 

9 noyabr (bazar)

15:44. “Kəpəz” – “Sabah”
Qəbələ şəhər stadionu

18:44. “Qarabağ” – “Neftçi”
“Azersun Arena”

***

Azərbaycan Premyer Liqasının 11-ci turunda bu gün keçiriləcək “Qarabağ” – “Neftçi” matçı üçün heyətlər açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, komandalar saat 18:44-də başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:

“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev, 27. Toral Bayramov, 7. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 3. Sami Mmae, 18. Dani Bolt, 15. Leandro Andrade, 6. Kris Kuaku, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai

Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Joni Montiel, 21. Aleksey Kaşuk, 17. Kamilo Duran

“Neftçi”: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 45. Vensan Abubakar, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 11. İmad Faraj, 10. Freddi Varqas

Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 9. Bassala Sambu, 27. Kristian Kostin, 22. Luis Ortis, 23. Cordan Rezabala, 28. Alessio Kurçi

***

Matç başladı.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

50-ci dəqiqədə Toral Bayramov penaltidən fərqləndi.

***

Kamilo Duran 84-cü dəqiqədə komandasının ikinci qolunu vurur.

***

Matç başa çatdı. Ağdam klubu “Neftçi” ilə 100-cü qarşılaşmasında rəqibini 2 cavabsız qolla məğlub etdi.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More