Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayon ərazisində idarəetmədən çıxan avtomobil yol kənarına aşıb.
Nəticədə 5 nəfər – 1988-ci il təvəllüdlü Ə.Məmmədova, 1984-cü il təvəllüdlü G.Qarayeva, 1983-cü il təvəllüdlü N.Muğanova, 1988-ci il təvəllüdlü L.Cəlilova və 1984-cü il təvəllüdlü R.Əliyev müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev
Mənbə: Qafqazinfo.Az

Comments are closed.