Gədəbəydə qətl hadisəsi qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, rayon sakini 1988-ci il təvəllüdlü Rəşad İlyasov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə onun atası, 1966-cı il təvəllüdlü İlqar İlyasov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev
Mənbə: Qafqazinfo.Az

Comments are closed.