Keniya SİMA və “mygov” həllərinin tətbiqinə maraq göstərir

Keniya SİMA və “mygov” həllərinin tətbiqində maraqlıdır.

“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib.

“Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (WTDC-25) iştirak məqsədilə ölkəmizdə səfərdə olan Keniya Respublikasının informasiya, rabitə və rəqəmsal iqtisadiyyat naziri Vilyam Kaboqo Gitau ilə görüşdük. Rəqəmsallaşma, o cümlədən peyk xidmətləri sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik. Qarşı tərəf SİMA və “mygov” həllərinin Keniyada tətbiqində maraqlı olduğunu bildirdi”, – deyə o qeyd edib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More