Bakıda 5-ci mərtəbədən yıxılan kişi öldü

Paytaxtın Qaradağ rayonu Ümid qəsəbəsində faciəvi hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 17 radələrində 1992-ci il təvəllüdlü Yavər Vəliş oğlu Zalov yaşadığı binanın 5-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb.

O, hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More