Bakıda ITU-nun Regional Akselerasiya Mərkəzi açılıb

Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Regional Akselerasiya Mərkəzi açılıb.

“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib.

“Qürurvericidir ki, mərkəz MDB məkanında ilk dəfə Azərbaycanda yaradılır. Əsas məqsəd regionun startapları, biznes subyektləri, dövlət qurumları və təhsil müəssisələrini bir araya gətirərək innovativ sahibkarlıq potensialını gücləndirmək, ekosistemdə əməkdaşlığı təşviq etmək, regional səviyyədə rəqəmsal transformasiyanın sürətlənməsinə töhfə verməkdir”,-deyə nazir qeyd edib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More