ABŞ senatoru: Rusiyaya qarşı sanksiyaların artırılmasında irəliləyiş var

ABŞ-nin respublikaçı senatoru Lindsi Qrem Konqresdə Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsinin irəli sürülməsində irəliləyiş olduğunu bildirib.

“Report” xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Mən şadam ki, Konqresdə böyük iki partiyalı dəstəyi olan Nümayəndələr Palatasında Rusiyaya qarşı sanksiyalar qanun layihəsini irəli sürməkdə irəliləyiş var”, – Qrem qeyd edib.

Senatorun sözlərinə görə, bu qanunvericilik təşəbbüsü ABŞ Prezidenti Donald Trampa Rusiya Federasiyasına əvvəlkindən daha çox təsir imkanları verəcək.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More