Bakıda çoxmərtəbəli binada yanğın oldu – Video – Yenilənib

Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzildə yanğın baş verib.

“Qafqazinfo” xəbər verri ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə qurumun Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

***

FHN-in yaydığı son məlumata görə, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Mənbə: Qafqazinfo.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More