Tovuzda şadlıq evlərinin birində keçirilən toyda kütləvi dava olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Belə ki, dava zamanı 1998-ci il təvəllüdlü Nihad Hüseynov bıçaq xəsarəti alıb və xəstəxanaya çatdırılıb.
O, əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hazırda polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyinin və yerinin müəyyən olunması istiqamətində tədbirlər həyata keçirir.
Faktla bağlı araşdırmalar davam edir.
Yunis Quliyev
Mənbə: Qafqazinfo.Az

Comments are closed.